Sumqayıtda zavod yandı - ƏLAVƏ OLUNUB
3 Mart 2011 12:46
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın "Azərkimya" Dövlət Şirkətinə məxsus Etilen-Polietilen zavodunun sexlərindən birində meydana gəlib. Yanğın zamanı polimer ayaqaltılar 200 kvadratmetr sahədə yanıb. Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin ehtimala görə, yanğın texnoloji prosesin pozulması nəticəsində baş verib.
*****
Daxili İşlər Nazirliyindən Milli.Az xəbər portalına verilən məlumata
görə, hadisə martın 2-də saat 20:00 radələrində Azərkimya İstehsalat
Birliyinin "ER-300" Zavodundakı sexdə baş verib.
Nəticədə soyuducu qurğunun polietilendən hazırlanmış boruları yanıb. FHN-in əməkdaşı, çavuş Nizami Əsgərov tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Milli.Az