Hansı xəzli heyvanı ovlamaq olar?

5 Yanvar 2016 12:05

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Report-a verilən məlumata görə, 2015-ci ildə ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların ümumi sayı 146163 baş olub.

Ovlanması üçün icazə verilən xəzli heyvanlardan sayına görə birinci yerdə çaqqal durur. Belə ki, keçən il üçün 39146 çaqqalın ovlanmasına icazə verilib.
Sonrakı yerlərdə dovşan (33240 baş), tülkü (19662), canavar (17640), qunduz (12190), vəhşi pişiklər (7760), porsuq (6793), yenot (4990), dələ (3380), sincab (960), qonur ayı (402) qərarlaşıb.

Milli.Az