Rusiyada qatar biletlərinin qiyməti artıb

1 Yanvar 2016 19:35

Rusiyada qatar biletlərinin qiyməti artıb.

Milli.Az "report"-a istinadən xəbər verir ki, "Rusiya Dəmir Yolları" ASC-nin kupe, SV və "Lüks" sinifli vaqonlarda daşınmalara olan tarifləri 5 faiz artıb.
Bununla yanaşı, müxtəlif təqvim dövrlərində plaskart və ümumi vaqonlarda gediş haqqı dəyişəcək.
Həmçinin Moskva və Peterburqda ictimai nəqliyyatda gediş haqqı da artıb. Moskvada artım 7 faiz təşkil edəcək. Peterburqda metroda gediş haqqı 31 rubldan 35 rubla, yerüstü nəqliyyatda 28 rubldan 30 rubla qalxıb.
Aviadaşınmalara gəldikdə isə, bazar iştirakçıları tariflərin ildə 10-15 faiz artacağını proqnozlaşdırırlar.

Milli.Az