İstanbulda qarın hündürlüyü 50 sm-ə çatdı

1 Yanvar 2016 17:51

İstanbulda qarın hündürlüyü 50 sm çatıb. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsi açıqlama verib. 

Açıqlamada deyilir: "İstanbulu ağuşuna alan qarın hündürlüyü bəzi yerlərdə 50 sm-ə çatıb. Gecədən səhərə qədər yağan qar yolları bağladığı üçün işçi qrupları yollara duz səpib və kürəyib".

24 saat ərzində yollara 21 min 220 ton duz səpildiyi qeyd edilib.

Milli.Az