Yeni il faciə ilə bitdi: iki uşaq öldü - FOTO

1 Yanvar 2016 16:48

Rusiyanın Krasnoyarsk şəhərində mənzillərdən birində yeni il bəzəyinin alışması nəticəsində yanğın baş verib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, yanğın nəticəsində ailənin iki az yaşlı qızı tüstüdən boğularaq dünyasını dəyişib. Onlardan birinin 7 yaşı, digəri isə 11 aylıq olub.

Yanğın zamanı ailənin 4 üzvü - ailə başçısı 34 yaşlı E. Burdin, onun xanımı 28 yaşlı E. Makarova və onların iki uşağı mənzildə olub. Valideynlər yanan evin pəncərəsindən özlərini ataraq xilas ola biliblər. Xəstəxanaya yerləşdirilən ər və arvadın vəziyyəti ağırdır.

Evləri yanan ailə

Yeni il gecəsi baş verən bədbəxt hadisələrdən biri də Rusiyanın paytaxtı Moskva şəhərində evdə keçirilən yeni il şənliyi zamanı baş verib. Şənliyin keçirildiyi evin yanması bir yeniyetmənin ölümünə səbəb olub. Baş verən faciəvi hadisə nəticəsində ev dağılıb. 

Qonşular FHN-in nümayəndələrinə şənlikdə çox insanın iştirak etdiyini bilirib. İçkili halda olan əksər yeniyetmə hadisə yerindən qaça bilməyib. Buna görə də daha beş gəncin dağıntılar altında qaldığı ehtimal edilir.

Milli.Az