İdman mərc oyunlarından əldə edilən uduşların gəlir vergisinə cəlb olunmasına başlanıb

1 Yanvar 2016 09:00

Yanvarın 1-dən Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisinə cəlb olunur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.
 
Beləliklə, 2016-cı il yanvarın 1-dən idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulacaq.

Milli.Az