Emil Bədəlovun Qar qızı – FOTO

31 Dekabr 2015 16:18

Əlbəttə ki, bu bayramı bərli-bəzəkli şam ağacsız, səsli-küylü Şaxta babasız və şən Qar qızsız təsəvvür etmək qeyri-mümkündür.

Milli.Az bildirir ki, oxu.az oxucuları dərdən, qəmdən uzaqlaşdırıb bayram əhval-ruhiyəsinə kökləmək üçün bir neçə saatdan sonra qədəm qoyacaq 2016-cı ilin Qar qızının fotosessiyasını hazırlayıb.

Bu, tanınmış müğənni Emil Bədəlovun mavi gözlü, sarı saçlı, dünyalar gözəli qızı Səadətdir.

Arzu edirik ki, qarşılaycağmız Meymun ili hər birimizin həyatında bu balaca qızcığaz kimi saf, təmiz və gözəl günlərin izini qoyub getsin.

Canınız sağ, süfrəniz ruzili, arzularınız çin olsun!

Yeni İliniz mübarək!
Milli.Az