"Fənərbağça"nın ulduzu "vəhşi"lərin yanına yollanır - FOTO

31 Dekabr 2015 15:45

"Fənərbaxça"nın hücumçusu Robin van Persi yenidən İngiltərəyə qayıda bilər.

Milli.Az anspress-ə istinadən bildirir ki, Premyer Liqanın iki klubu hollandiyalı forvardla maraqlanır. "Barselona"nın da gündəmində olan 32 yaşlı futbolçu uğrunda mübarizəyə "Çelsi" və "Liverpul" da qoşulub.

"Fənərbağça"da baş məşqçi Vitor Pereyra ilə yola getmədiyi üçün əsas heyətə düşməkdə çətinlik çəkən Van Persi özü də Türkiyəni tərk etmək fikrindədir. Həm "Çelsi", həm də "Liverpul" qış fasiləsində onu transfer etmək niyyətindədir. İstanbul klubu isə 30 milyon avro müqabilində ulduz futbolçunu sata biləcəyini bəyan edib.

Van Persi əvvəl "Arsenal" klubunda 7 il oynayıb. Sonradan qalmaqallı surətdə Van Persi "topçular"ın əzəli rəqibi "Mançester Yunayted"ə keçib. "Qırmızı Şeytanlar"ın heyətində futbolçu İngiltərə çempionu olub.

"Fənərbağça" Türkiyə çempionatında 17-ci turdan sonra 40 xal ilə 2-ci yerdədir. Əzəli rəqibi "Qalatasaray"dan 10 xal öndədir.


Milli.Az