Obama 3 şəhərə xəbərdarlıq etdi

31 Dekabr 2015 12:35

ABŞ prezidenti Barak Obama Nyu-York, Los-Anceles və Vaşinqtonda terror təhlükəsi barədə xəbərdar edib.
 
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, terror təhlükəsi barədə B. Obamanın keçirdiyi təhlükəsizlik məsələləri üzrə müşavirədə bildirilib.
 
Lakin müşavirədə o da qeyd olunub ki, bu, təsdiqlənmiş məlumat deyil və bir mənbədən alınıb. Xəbərdarlıqda terrorun harada baş verəcəyi də dəqiq göstərilməyib.     
 
Bununla belə, xəbərdarlıqla əlaqədar federal və yerli qüvvələr yeni il şənliklərinin keçirildiyi yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Milli.Az