Yevlax avtovağzalı gücləndirilmiş iş rejimində işləyir

31 Dekabr 2015 12:18

Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, bayram günlərində Yevlax avtovağzalı gücləndirilmiş iş rejimində çalışır.

Avtovağzaldan verilən məlumata görə, bayram günlərində sərnişin sıxlığı olsa, heç bir problem yaşanmayacaq. Əgər ehtiyac yaranarsa bütün istiqamətlərə, xüsusilə Bakı istiqamətinə xəttə əlavə avtobusların buraxılacağı bildirilir. Biletlərin qiymətində isə artım olmayacağı deyilir.

Milli.Az