Üç otaqlı ev yanıb

31 Dekabr 2015 11:55

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Lənkəran rayonu, Veravul kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az