Bakıda liftdə qalmış 3 nəfər xilas edilib

31 Dekabr 2015 09:07

Bakının Nərimanov rayonunda liftdə 3 nəfər köməksiz vəziyyətdə qalıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN)  saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.
 
Əməliyyat saat 01:20-də başa çatıb.
Milli.Az