Siqaret çəkənlərin nəzərinə - VİDEO

30 Dekabr 2015 22:46

Yeni İnzibati Xətalar Məcəlləsinə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcək. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu cərimələr gələcəkdə siqaret filterini yerə atan şəxslərə də aid edilə bilər.

Parklarda, küçələrdə addımbaşı  yerə atılmış siqaret filterlərinə rast gəlinir. İnsanlar hətta yaxınlıqda zibil qabı olsa da, siqareti çəkib yerə atırlar.

Hazırda siqareti yerə atanlar üçün cərimə nəzərdə tutulmasa da mənzərə ürəkağrıdıcıdır. Dünya təcrübəsinə nəzər saldıqda isə görərik ki, İtaliyada siqareti yerə atanlar 300 avro, Albaniyada 410 avro, Yunanıstanda 500 avroya qədər cərimələnirlər.

Ölkəmizdə isə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə əsasən sadəcə qadağan edilmiş yerlərdə siqaret çəkənlərə cərimələr nəzərdə tutulub. Bunlar isə əsasən tədris, tərbiyə, sağlamlıq, mədəniyyət obyektləri, iş yerləri, ticarət yerləri və digər qapalı yerlərdir.

Millət vəkili gələcəkdə siqaret filterini yerə atanlar üçün də bu cür cərimələrin tətbil edilə biləcəyni deyir. Sosioloqlar isə bu məsələdə daha çox ictimai qınağın rolunu və müəyyən addımların atılmasının vacibliyini ifadə edirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Siqaret çəkənlərin nəzərinə