Lalə Məmmədova vergi borcundan danışdı

30 Dekabr 2015 21:17

İfaçı vergi ödəməyin hər kəsin vətəndaş borcu olduğunu bildirib. 

Publika.az-a açıqlama verən əməkdar artist vergilərdən heç vaxt yayınmayacağını açıqlayıb:
 
"Mənə də vergi borcu gəlib. Bu da normaldır. Əgər qazanırıqsa, vergimizi də ödəməliyik. Bizim verdiyimiz vergilərdən neçə ailələrə yardım edilir. Biz pullarımızı kiminsə cibinə vermirik. Təqaüd alanlar, sosial yardım alan insanlar var. Hələ ki, cavanam və qazanıram. Sabah mən də yaşa dolacam və yardıma ehtiyacım olacaq. Mənə az borc gəlib deyə, lovğalandığımı düşünməyin. Xeyr, mənim borcum da  kifayət qədərdir, mənə analıq məzuniyyətində olduğum 3 illik müddətə də ödənməmiş borc yazıblar. Həmin ərəfədə hər hansı tədbirdə iştirakım qeyri-mümkün idi. Bununla bağlı Vergilər Nazirliyinə müraciət etmişəm. Bir ay ərzində  müraciətimə baxılacaq. Əslində, bu işdə mənim də günahım var. Gərək onları xəbərdar edərdim".

Milli.Az