Bakıda kişi özünü 8-ci mərtəbədən atıb

30 Dekabr 2015 18:10

Bakıda intihar hadisəsi baş verib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən General Şıxlınksi küçəsi ev 39 mənzil 214 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 78 yaşlı Kononnikov Yuri Mixayloviç özünü 8-ci mərtəbədən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az