Ukraynalılardan Bakı üçün metro təklifi

30 Dekabr 2015 16:05

Ukrayna şirkətləri Bakı metropoliteninin əlavə xətlərinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna regional inkişaf, tikinti və yaşayış-kommunal təsərrüfatı naziri Gennadi Zubko verib.

"Ukraynalı inşaatçılar özlərini yaxşı tərəfdən göstərə biliblər. Onlar təkcə Aşqabadda metropoliten tikintisində yox, eləcə də Bakı metropoliteninin inşasında iştirak edə bilərlər", - G.Zubko Kiyevdə keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, burada söhbət Bakı metropolitenində 2016-2017-ci illərə planlaşdırılan əlavə xətlərin inşasından gedir. 
 

Milli.Az