Türkiyədə iki terrorçu-intiharçı saxlanılıb

30 Dekabr 2015 14:30

Ankarada iki terrorçu-intiharçı saxlanılıb. Bu barədə Trend "Hürriyət" qəzetinə istinadən məlumat verir.

Saxlanılanların vətəndaşlığı barədə məlumat verilmir.

İlkin məlumata görə, saxlanılanlar Ankaraya Suriyadan gəliblər.

Milli.Az