"Mançester Siti"nin kapitanı zədələndi

30 Dekabr 2015 16:13

"Mançester Siti"nin kapitanı Vensan Kompani əzələsində problemlə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı müdafiəçi 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "BBC"yə açıqlama verən Mançester təmsilçisinin baş məşqçisi Manuel Pelleqrini məlumat verib.

Qeyd edək ki, V.Kompani İngiltərə Premyer Liqasının 18-ci turunda "Sanderlend"ə qarşı matçda zədələnib.

Milli.Az