Milyarderlərin övladları Yeni ili belə qarşılayırlar - FOTO

30 Dekabr 2015 11:12

"Əziz oğlum! Cibxərcliyi kimi hesabına bu gün 14 min dollar keçirdim. Bu, sənə bir gün bəs edər".

Milyarder Coşua Seymon oğlu Cordana dünən belə SMS yollayıb.

Cordan da SMS-in fotosunu çəkərək İnstagram-da paylaşıb. O, Yeni ili hədsiz dəbdəbə ilə keçirən milyarder övladlarından biridir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, tayvanlı milyarder Mayko Tonq isə yeganə qızı Elisə Yeni il hədiyyəsi qismində reaktiv təyyarə bağışlayıb.

Milyarder övladlarının Yeni il ərəfəsində bayram hazırlıqlarını əks etdirən fotoları təqdim edirik.

Milli.Az