ABŞ-da zəlzələ

30 Dekabr 2015 08:12

Amerikanın Oklahoma ştatında baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində ştata elektrik cərəyanının verilişi dayandırılıb.
Milli.az "Report"a istinadən bildirir ki, zəlzələnin episentri Edmond şəhərindən 8 km aralıda, ştatın inzibati mərkəzi sayılan Oklahoma-Siti şəhərində yerləşib.
Yerli hakimiyyətin verdiyi məlumata görə, yeraltı təkanlar nəticəsində Edmondda 4 400-dək ev işıqsız qalıb. "Associated Press" şəhərdə enerji təchizatının tamamilə bərpa edildiyini qeyd edir.
Milli.Az