Azərbaycanda ağır qəza, ölən var

29 Dekabr 2015 23:36

Bu gün axşam saatlarında Gəndob -Yalama yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, qəza magistralın 32 -ci km -də qeydə alınıb. 10 RM 567 dövlət nömrə nişanlı "Vaz 21 07 " markalı yük maşını ilə Rusiya dövlət nömrə nişanlı "Tır " markalı yük naşını ilə toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü hadisə yerində ölüb. Sürücünün kimliyini hələ ki müəyyənləşdirmək olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam edir.
Milli.Az