Akif İslamzadə: "Mən o xanıma "yox" deyirəm"

29 Dekabr 2015 20:37

Tarzən Humay Qədimova xalq artisti Akif İslamzadənin repertuarına müraciət edib. 

Axşam.az-ın məlumatına görə, o, musiqisi Emin Sabitoğlu, sözləri Nigar Rəfibəyliyə aid olan "Ala gözlüm" mahnısına klip çəkdirəcək. 

Mahnını ilk növbədə tarda səsləndirən H.Qədimova sözü gedən klipdə A.İslamzadə ilə tərəf-müqabili olmaq fikrindədir: 

"Ala gözlüm"ü ilk oxuyan Akif müəllim olub. İnstrumental ifadan sonra klip çəkilişi düşünmüşəm. Amma bu, sıradan bir klip olmayacaq. İstərdim ki, Akif müəllimin özünü də klipdə görək". 

H.Qədimova qeyd edib ki, "Ala gözlüm"ün klip versiyası gələn il hazır olacaq. 

Müğənni Akif İslamzadə isə aznews.az-a açıqlamasında H.Qədimova adında tarzən tanımadığını deyib: 

"Tanımıram, bilmirəm kimdir. Mən o xanıma "yox" deyirəm. Çünki mən özümü o klipdə görmürəm".

Milli.Az