Qızıl Meydan bağlanır?

29 Dekabr 2015 16:47

Rusiyanın paytaxtı Moskvanın mərkəzində, Kremlin qarşısındakı Qırmızı Meydan ilin son günlərində bağlanacaq. Rəsmi strukturlar bunu Yeni il bayramı münasibətilə "Mavi işıq" proqramının çəkilişləri ilə izah edirlər.

Milli.Az ABC-yə istinadən bildirir ki, Daily Telegraph qəzeti isə meydanın terror təhlükəsi ilə bağlı qapadıldığını iddia edib.
Bu arada Rusiya Dövlət Dumasının turizm məsələləri komitəsinin sədri Valeri Ryazanski deyib: "Yaxşı olardı ki, Moskva sakinləri bayramı evdə qeyd etsinlər".
Moskva meriyası isə Qızıl Meydanın bağlanması ilə bağlı yayılmış xəbərləri "cəfəngiyyat" adlandırıb.
 

Milli.Az