Cavan qan qocalığı dayandırır

29 Dekabr 2015 21:40

İngiltərə alimləri maraqlı araşdırmalar aparıblar. Qoca siçanların orqanizminə cavan siçanların qanı yeridilirdi.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, nəticə alimləri heyrətləndirdi. Qoca siçanların orqanizmində cavanlaşma prosesləri başladı - ürək və bədən əzələləri daha möhkəm oldu, beyində müsbət dəyişikliklər baş verdi və s. 
Alimlərin fikirinə görə, bunun səbəbi cavan siçanların qanında çoxlu miqdarda olan, qoca siçanların qanında isə, demək olar, aşkar olunmayan xüsusi zülaldır. 
Alimlər belə hesab edir ki, yaşlı insanların bədəninə cavan insanların qanının yeridilməsi cavanlaşma və bərpa mexanizmləri işə salacaq.    
Onların fikirinə görə, bu kəşf insanları qocalıqdan xilas edə bilər.
Milli.Az