Röya: "Sevgilimin otağına səni sevirəm yazdım" - FOTO

29 Dekabr 2015 13:31

Müğənni Röya Ayxan Türkiyə mətbuatına müsahibə verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi sevgi həyatından bəhs edib:

"Hisslərimi ifrat dərəcədə ifadə edərəm. İndi sevgilimlə küsülüyəm, danışmırıq. Amma otağının divarına "Səni sevirəm" yazdım. Əsəbi olduğum halda belə bu sözü deyərəm".

Röya "Sizə Azərbaycanın Riannası deyirlər" sualına belə cavab verib:

"Mən özümü heç bənzətmirəm. Bəlkə də onu sevənləri əsəbləşdirəcək, amma Riannanı heç izləmirəm. Sadəcə, eyni geyim markasından istifadə etdiyimiz üçün oxşayırıq".

Milli.Az