Kralın sevimli, təhqir olunan iti öldü - FOTO

29 Dekabr 2015 12:12

Tailandda ölkə kralı Pumipon Adulyadetin sevimli köpəyi "Tonqdaenq" ölüb.
İtin adının tay dilindəki mənası "bal"dır.
Milli.Az The Economist-ə istinadən bildirir ki, it dekabrın 26-da ölsə də, Kral Dəftərxanası bu barədə bu gün rəsmi açqılama verib.
"Kralın sevimli köpəyi Klay Kanqvon sarayındakı otağında yatarkən ölüb. Onun 17 yaşı vardı və son illər xəstə idi", - rəsmi açıqlamada deyilir.

Thailand's lèse-majesté laws extend even to canine members of the royal family https://t.co/vn2aSM2eUK pic.twitter.com/1bxcH9PZ5d

- The Economist (@TheEconomist) 19 декабря 2015

Tailand sakinlərinin sevimlisi olan Tonqdaenqin fotolarını kral sarayının rəsmi fotoxronikasında görmək olar. Bu köpək barədə kitablar Tailandda bestsellərə çevrilirdi.

Kralın hələ 2002-ci ildə iti barədə yazdığı kitab əsasında isə bu yaxınlarda animasiya filmi çəkilib.
Bu ilin dekabrında 27 yaşlı fəhlə Tanakorn Siripaybun həbs olunub. O, Facebook-da kralın itini təhqir etməkdə, habelə "ölkə əhalisini qiyama səsləmək"də suçlanmışdı.
 

Milli.Az