Gəncədə əfv edilmiş məhkum azadlığa buraxılıb

29 Dekabr 2015 11:25

Gəncədə 2 saylı İstintaq Təcridxanasında əfv edilmiş məhkum azadlığa buraxılıb.

Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi haqqında sərəncam Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında cəza çəkən bir məhkuma da şamil olunub.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, həmin şəxs Şəmkir sakini, 31 yaşlı Məmmədov Elmir Eldar oğludur. Elmir Məmmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 19 noyabr tarixli hökmü ilə Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə iki il müddətinə məhkum edilib. Cəzasının 1 il 1 aylıq hissəsini çəkdikdən sonra dövlət başçısının sərəncamı ilə əfv edilib. 2 saylı İstintaq Təcridxanasından Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, artıq sərəncam icra edilib və məhkum azadlığa buraxılıb.   

Milli.Az