Xumsdə ard-arda partlayış: 32 ölü, 90 yaralı

28 Dekabr 2015 22:40

Suriyanın Xüms şəhərində bu gün meydana gələn iki partlayışda 32 nəfər ölüb, 90 nəfər yaralanıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində bombalı hücum nəticəsində baş verib.

Avtomobildə partlayan bomba nəticəsində 6 nəfər ölüb, 37 nəfərin isə yaralandığı bildirilir.

Partlayışlar müxaliflər və hökumət qüvvələri arasında əldə olunan atəşkəsdən sonra meydana gələn ilk böyük hücum olub.

Qeyd edək ki, atəşkəs razılaşmasından sonra 700 müxalif döyüşçü və ailəsi şəhəri tərk etmişdi.

Milli.Az