Xadiməni maşın vurdu

28 Dekabr 2015 20:17

Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Qax şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, Qax rayonu, Meşəbaş kənd sakini, 1971-ci il təvəllüdlü Camali Andreyeviç Zeynalaşvili idarə etdiyi "Motoreller"lə hərəkətdə olarkən şəhər sakini, 1965-ci il təvəllüdlü Asudə Şaban qızı Yunusovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən xəstənin vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.
Qeyd edək ki, xəsarət alan Asudə Yunusova Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində xadimə işləyirmiş. Elə hadisə də DSMF-nin qarşısında, xadimənin işə getdiyi vaxt baş verib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Milli.Az