Bakıda üç məşhur restoran bağlandı - FOTO

28 Dekabr 2015 18:34

Bakının mərkəzində üç məşhur restoran fəaliyyətini dayandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, M.Ə.Rəsulzadə küçəsi 10 ünvanında (Natəvan heykəlinin arxası) yerləşən "Kükü", "Kafe Sentr" və "Violet" bağlanıb.

Hər üç restoranın qapısında icarəyə verildiyi barədə elan yerləşdirilib.

Adıçəkilən restoranların hansı səbəbdən bağlandığı açıqlanmır.

Milli.Az