"Ronaldo komandaya neqativ təsir göstərirdi"

28 Dekabr 2015 18:26

Fabio Kapello bir neçə il əvvəl braziliyalı Ronaldo Luis Nazarionun çəki artımından əziyyət çəkdiyini xatırlayıb. Goal.az xəbər verir ki, "Globe Soccer Awards" mükafatının təqdimat mərasimində açıqlamasında Kapello maraqlı fikirlər səsləndirib. 

"Ronaldo "Real"a gələndə 96 kq çəkisi vardı və meydanda qaça bilmirdi. İlk əvvəl bu çəki ilə heç nə edə bilmədim. Ondan xahiş etdim ki, 88-90 kiloqrama qədər çəki atsın. Ronaldo böyük futbolçudur. Amma komandaya neqativ təsir göstərirdi. Əvəzində onu "Milan"a göndərəndən sonra komanda daxilindəki atmosfer düzəldi və "Barcelona"dan 9 xal aldıq".  

Milli.Az