Yeni ili dəniz kənarında keçirmək istəyənlər... - VİDEO

28 Dekabr 2015 17:54

RTV (Region TV) xəbər verir ki, 2016-cı ilin gəlişinə cəmi 3 gün qalıb. Yeni il tətilini evindən kənarda qeyd etmək istəyənlər qarlı Şahdağ və əsrarəngiz təbiəti olan Quba ilə yanaşı, şimal regionunun digər rayonlarına da üz tuta bilərlər. Bayram  günlərini dəniz kənarında keçirmək istəyənlər üçün Nabranda yerləşən istirahət mərkəzləri ən ideal məkan sayılır. Tətil günlərində buradakı bir çox mərkəzlərdə qonaqlar üçün şou-proqramlar təşkil olunacaq.

Xaçmaz Turizm İnformasiya Mərkəzi rayona gələn turistlərin vaxtlarını xoş keçirmələri üçün xüsusi marşrut üzrə səyahət turu hazırlayıb. Bu turlara əsasən, Xaçmaza gələn qonaqlar qonşu rayonlardakı istirahət  mərkəzlərində də olmaq imkanı qazanacaqlar.

İstirahətini rayon mərkəzinə yaxın yerlərdə keçirmək istəyənlər isə bayramı rayonda fəaliyyət göstərən restoran və istirahət məkanlarında qeyd edə bilərlər. Burada bir nəfərin istirahəti üçün təxminən 30-35 manat vəsait tələb olunur.

Videonu izləmək üçün şəklə klikləyin:

Yeni ili dəniz kənarında keçirmək istəyənlər...