Aygün Kazımova Röyadan danışdı

28 Dekabr 2015 16:20

"30 İLDƏ QAZANDIĞIMI O LAYİHƏYƏ XƏRCLƏDİM"
  
Xalq artisti Aygün Kazımova müğənni Röya Ayxandan danışıb. 

Axşam.az-ın məlumatına görə, müğənni "10-dan sonra" verilişində Röya ilə Türkiyədə eyni komanda ilə işlədiklərini deyib:

"Mən Türkiyədə böyük komanda ilə çalışıram. Onlar Tarkan, Ajda Pekkan kimi məşhurlara klip çəkirlər. Həmin komanda bizim Röyanın da son iki klipini ekranlaşdırıb. Onlar ən yaxşılarıdır. Ona görə də bizim çalışdığımız insanlar toqquşurlar. Bu yaxşı göstəricidir. İndi həmin yaradıcı heyət Bakıya gələcək. "Səni belə sevmədilər" mahnımı burada ekranlaşdıracaqlar".

A.Kazımova dünyaca məşhur ulduz Snup Doqla duetindən də bəhs edib. Müğənni bütün pulunu o layihəyə xərclədiyini deyib:

"Heç kim bu layihəni reallaşdırmağıma inanmırdı. Klip çəkilən gün Snup Dogg məkana gec gəldi. Mən də Hollivud kinostudiyasında onu gözləyirdim. Amerika ilə bizim aramızda saat fərqi var, vaxta öyrəşə bilmirdim. Makiyaj, saç hazır dayanmışam. Birdən "tərs damarım" tutdu, əsəbləşdim. Dedim, layihənin rəhbərliyi, qonorarı mənə aiddir.

İstəmirəm, çəkilmirəm. Sponsor özüm idim. Çox pul xərclədim. 30 ildir səhnədəyəm. İndiyə kimi sənətim sayəsində nə əldə etmişdimsə, hamısını bu layihəyə qoydum. İndi altından çıxa bilmirəm. Fikirdən yazmağa başlamışam. (gülür). Yavaş-yavaş vəziyyətdən çıxmağa çalışıram. Çox çətin başa gəldi, amma oldu".

A.Kazımova daha sonra: "Səhnədə olan adam özünə diqqət etməlidir. Mənim ən çox vaxtım özümə gedir. Bütün günü qidalanmağıma, gözəlliyimə, layihələrimə vaxt ayırıram", - deyə bildirib. 

Xalq artisti xanımlara məsləhətlər də verib:

"Quyruq çox xeyirlidir. Qoyunun öz yağıdır. Xanımlara məsləhət görürəm ki, mütləq kərə yağı yesinlər. Bir də nehrə yağından istifadə etsinlər. Yeməyi onda bişirin".

Milli.Az