Lənkəranda 150 kiloqram istifadəyə yararsız ət aşkarlandı - FOTO

28 Dekabr 2015 16:00

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) ilə rayon Baytarlıq İdarəsi əməkdaşları rayonda qanunsuz ət tədarükünə qarşı reyd keçiriblər.

APA-nın məlumatına görə,  reyd zamanı rayonun Osaküçə kəndi ərazisindəki meşə massivində mənşəyi məlum olmayan, qida üçün yararlılığı şübhə doğuran ümumilikdə 150 kiloqram çəkidə  3 baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilərək götürülüb.

Lənkəran Baytarlıq İdarəsindən bildiriblər ki, aşkarlanmış heyvan cəmdəkləri müayinə olunmaq üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil veriləcək.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalara başlanıb.

Milli.Az