Bakıda kafedə yanğın

28 Dekabr 2015 10:28

Gecə saatlarında Bakıdakı kafelərin birində yanğın baş verib.

Belə ki, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan kafenin mətbəxinin yanar konstruksiyası 2 kv.m və dam örtüyü 2 kv.m sahədə yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az