Əfqan mücahidlər İŞİD-çiləri edam etdilər - FOTO

28 Dekabr 2015 10:07

Əfqanıstan parlamentinin Nümayəndələr Məclisinin sədr müavini Hacı Zahir Kədirin tərəfdarları İŞİD-in 4 terrorçusunun başını kəsiblər.

Edam Əfqanıstanın Nanqarhar vilayətində gerçəkləşdirilib.

Milli.Az Pajhwok-a istinadən bildirir ki, mücahidlər İŞİD terrorçularının edam videosunu yayıblar.

"Müharibədə kimsə halva paylamır, Müharibədə ya sən öldürürsən, ya səni öldürürlər", - Hacı Zahir Qədir deyib.

Nənqarhar vilayətindəki Açin bölgəsinin qubernatoru Hacı Qalib Mücahidin dediyinə görə, Qədirin adamları İŞİD-in 4 mənsubunu tutandan sonra onların başlarını bədənlərindən ayırıblar və cəsədləri yolda qoyublar.

İŞİD Əfqanıstanın şərqində, Pakistanla sərhədin yaxınlığındakı vilayətlərdə "İslam Xilafətinin vilayəti"ni yaratmaq istəyir.

Milli.Az