Klintonlar ikinci nəvəni gözləyirlər - FOTO

28 Dekabr 2015 12:27

ABŞ-ın sabiq prezidenti Bill Klintonun ikinci nəvəsi dünyaya gələcək. Onun qızı Çelsi Klinton ikinci övladına hamilədir.
Milli.Az ABC-yə istinadən bildirir ki, bankir Mark Mezvinski ilə ailə qurmuş 35 yaşlı Çelsi Klinton bunu Twitter-dəki akkauntunda bəyan edib. O, qızı Şarlottaya "İm a big sister" kitabını oxuyarkən çəkilmiş fotosunu paylaşıb və yazıb: "Şarlotta gələn yayda böyük bacı olacaq. Bu bayram günlərində özümü bəxtəvər və Tanrıma çox minnətdar hiss edirəm".

Thank you for all the warm wishes! Marc, Charlotte & I are so excited about our growing family. pic.twitter.com/8SlfUIeKDg

- Chelsea Clinton (@ChelseaClinton) 22 декабря 2015

ABŞ-ın sabiq prezidenti, 69 yaşlı Bill Klinton və keçmiş dövlət katibi Hillari Klintonun qızı Çelsi 2010-cu ildə Mark Mezvinski ilə ailə həyatı qurub.

Klintonlar ailəsinin Nyu-York yaxınlığındakı villasında təşkil edilmiş toy 3,5 milyon dollara başa gəlmişdi.
Bazar günü isə Klintonlar ailəsi Nyu-Yorkun Manhetten səmtində gəzintiyə çıxmışdılar.
Hillari Klintonun əynində 2003-cü ildə Əfqanıstanda aldığı naxışlı palto vardı.
Bill Klinton və xanımı, 68 yaşlı Hillari 15 aylıq nəvələri Şarlotta ilə gəzintidən həzz aldıqlarını deyiblər.

Milli.Az