Türkiyənin 3 hərbçisi şəhid oldu

27 Dekabr 2015 21:08

Türkiyənin Şirnak vilayətinin Cizre rayonunda hərbçiləri aparan hərbi maşının keçidi sırasında yola döşənən mina işə salınıb. "Report"un "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, partlayış nəticəsində üç hərbçi həlak olub.

Terrorçu PKK təşkilatının üzvləri tərəfindən törədilən partlayış zamanı iki əsgərin yaralandığı bildirilir.

Milli.Az