Amerika polisi beş uşaq anasını güllələdi - YENİLƏNİB - FOTO

27 Dekabr 2015 20:43

20:43

Çikaqo polisi 19 yaşlı tələbə oğlan və 55 yaşlı qadını qətlə yetirib. Onların hər ikisi Afrika mənşəli amerikalıdır.

Milli.Az "Amerikanın səsinə" istinadən bildirir ki, bu şəhər onsuz da Ədliyyə Nazirliyinin təhqiqatı altında idi. Belə ki, ötən il ağdərili polis işçisi 17 yaşlı qaradərili oğlanı güllələyərək öldürmüşdü.

Polis zabitlərinin irqi mübahisələri artırıb. Polis idarəsinin bildirdiyinə görə, hadisə yerinə gedən polislərə qarşı zorakılığa yol verilib. Polisin açdığı atəş nəticəsində Betti Cones adlı qadın təsadüfən gülləyə tuş gəlib.

Mer Rahm Emanuel
​Polisin bəyanatında tələbə oğlan Kuintonis Leqriyerin ölümü barədə geniş məlumat verilməyib. Lakin The Chicago Tribune qəzetinin yazdığına görə, tələbə atasını əlində metal baysbol ağacı ilə hədələyərkən polisə zəng edilib.

Öldürülənlərin qonşu olduğu bildirilir.

The Tribune oğlanın anasına istinadən yazır ki, oğluna 7 dəfə atəş açılıb. Canet Kuksi oğlunun silahsız olduğunu deyib. O, polisdən yardım istədiyini bildirib, lakin polisilərin yalnız öldürmək üçün təlimlər keçdiyindən şikayətlənib.

Çikaqo meri Rahm Emanuel ötən il ağdərili polis işçisinin 17 yaşlı qaradərilini öldürməsinə  görə üzr istəsə də, şəhər sakinləri onun istefasını tələb edir.

Mer polis işçilərinin təlimlərinin yaxşılaşdırılacağına vəd verib.

--------

19:39

Çikaqoda polis şübhəli şəxsi saxlamağa cəhd edərkən, onun qonşusunu da güllələyib. Nəticədə Betti Cons adlı qaradərili qadın həlak olub.

XəzərXəbər CBS-ə istinadən xəbər verir ki, öldürülən qadın beş uşaq anası imiş. 

Polislər onun qonşuluğunda yaşayan şəxsi saxlamaq üçün gəliblərmiş. 19 yaşlı ruhi xəstə Kuintino Leqirin atası polisə zəng vuraraq bildirib ki, oğlu beysbol dəyənəyilə onu hədələyir. Çağırışa gələn polislər həm oğlanı, həm də təsadüfən qonşu qadını güllələyiblər. Nəticədə ikisi də həlak olub.

Milli.Az