Leyla filmdəki sevişmə səhnəsindən danışdı

27 Dekabr 2015 13:48

"Delibal" filmi ilə gündəmə gələn aktrisa Leyla Lidia Tuğutlu ekran işindəki Çağatay Ulusoyla sevişmə səhnələrindən bəhs edib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktrisa açıq-saçıq səhnələrin çətin olduğunu bildirib:

"Öpüşmə, sevişmə səhnələrini canlandırmaq digərlərinə nisbətən daha çətindir. Hələ qadın üçün daha çətindir. Bu filmdə ilk dəfə sevişmə səhnəsi canlandırdım. Ssenarini oxuyanda öz-özümə "mən buna necə çəkiləcəm" sualını verdim. Çəkilişə başlamazdan əvvəl rejissorumuz danışaraq, məni rahatlatmışdı. Həmin an lazımsız insanların hamısı çəkiliş məkanından çıxarıldı. Həmin gün həyəcandan mədəmin ağrıdığını xatırlayıram. Biz aktyoruq, ssenari nə tələb edirsə, onu da canlandırmalıyıq".

Milli.Az