"Real" Neymara təklif yolladı

27 Dekabr 2015 12:17

"Real" "Barselona"nın futbolçusu Neymara təklif göndərib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ancaq braziliyalı oyunçunun meneceri olan atası Madrid klubu ilə danışıqlara aparmaqdan imtina edib.

Qeyd edək ki, Neymarla "Mançester Yunayted" və PSJ-nin də maraqlandığı iddia edilir.

Əlavə edək ki, Neymar bu mövsüm 16 qol vurub və 9 qolun ötürməsini verib.

Milli.Az