"Rusiyanın etdiyi dəlilikdir"

27 Dekabr 2015 11:31

"Rusiyanın yürütdüyü geosiyasət deyil, dəlilikdir".

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu rusiyalı jurnalist Yuliya Latınina deyib.

"Sovet dövründə, bizdən həqiqətən qorxulduğunda və dünyada gerçək bir döyüş təhlükəsi olarkən belə bunu heç kim etməmişdi. Bizim bu an etdiyimiz dəlilikdən başqa bir şey deyil", - jurnalist Rusiya-Türkiyə münasibətini şərh edib.
 
O, Rusiyanın 80 ölkədən ibarət olan Qərb koalisiyasına qarşı çıxmasını belə izah edib:
"Qanlı diktator Əsədi dəstəkləməkdən başqa maraqlarımızın olmadığı bir bölgədə mövcudluğumuzu davam etdiririk. İslam dünyası ilə müharibə aparırıq. İslam dünyası ilə müharibəni də Qərblə ortaq şəkildə aparmırıq. Türkiyə ilə də tam münaqişədəyik".

Milli.Az