"Qarabağ"ın jestini ruslar da unutmadılar - VİDEO

27 Dekabr 2015 10:56

Rusiyanın "Futbol" telekanalı ilin diqqət çəkən futbol məqamlarını top-15-də toplayıb.

AZƏRTAC xəbər verir ki, telekanalın ən maraqlı on beş videosu arasında Azərbaycan Premyer Liqasının yeddinci turu çərçivəsində oynanılan "İnter"-"Qarabağ" qarşılaşması da yer alıb. Həmin oyunda "Qarabağ" komandasının mübahisəli penaltını bilərəkdən rəqib qapısına vurmaması "Futbol" telekanalı tərəfindən təqdirəlayiq jest kimi qiymətləndirilib.

Xatırladaq ki, on bir metrlik cərimə zərbəsi baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə kənara vurulmuşdu.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: