"Bozbash pictures" "imicini" dəyişir

27 Dekabr 2015 09:47

Bir müddətdir efirdə olmayan "Bozbash pictures" pərəstişkarlarına şad xəbər var. 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Bozbash pictures"in heyəti yeni serialla efirə qayıdır. Bu barədə İlkin Həsəni məlumat verib:

""Bozbash pictures" nə vaxt başlayır?" sualını verən dostlar! Susmağımızın bir səbəbi var idi. O da yeni komediya serialının hazırlığı idi! Yeni ildən "Bozbash Pictures" komandasının yeni serialını qarşılayın - "Palata No 106". Yeni obrazlar, yeni ssenari, yeni aktyor və aktrisalar və s. Yaşıl pencəklə güldürdüyümüz kimi, ağ xalatla da güldürəcəyik! Bütün heyətimizə uğurlar!"

Milli.Az