İstanbul derbisinin hakimləri seçildi

5 Mart 2015 22:10
Türkiyə superliqasının 23-cü turunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" matçının hakimləri açıqlanıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, "Şükrü Saracoğlu" stadionunda keçiriləcək turun mərkəzi oyunu FİFA referisi Cüneyt Çakıra tapşırılıb. Təcrübəli hakimə Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Özgüç Türkalp yerinə yetirəcək.

"Fənərbaxça" ilə "Qalatasaray" arasında oynanılacaq İstanbul derbisində təhrikedici sözlərin əks olunduğu pankartların stadiona gətirilməsinə icazə verilməyəcək.

Bu qərar isə hər iki klubun azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması martın 8-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

Milli.Az