Tanınmış model "Səs Azərbaycan"da - VİDEO

26 Dekabr 2015 12:30

Tanınmış model Banu Şücai "Səs Azərbaycan" musiqi yarışmasına qatılıb.

Milli.Az baku.ws-yə istinadən bildirir ki, model səhnədə "Love the way you lie" mahnısını ifa edib. Gənc model, ifası ilə münsiflərdən yalnız xalq artisti Mübariz Tağıyevi döndərə bilib.

Qeyd edək ki, Banu Şücai "Miss Globe İnternational" Beynəlxalq gözəllik müsabiqəsinin milli seçim turlarının qalibi olub. Daha sonra Banu Şücai müsabiqədən kənarlaşdırılmışdı.
Milli.Az