"Samsung"dan itlər üçün əsl villa

5 Mart 2015 22:42

"Samsung Electronics" itlər üçün "arzular evi"ni təqdim edib.
 

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, dəyəri 30,6 min dollar olan it damı martın 5-8-də keçiriləcək "Crufts dog show"sunda təqdim ediləcək.

Dam açıq satışa çıxarılmayacaq, şirkətin sosial şəbəkələrdəki səhifələrində keçirilən müsabiqədə mükafat qismində veriləcək.

"Samsung"un mütəxəssisləri it damını hazırlamaq üçün 6 həftə çalışıblar. Onlar itlər üçün ideal evi müəyyənləşdirmək üçün 1500 it sahibinin iştirak etdiyi araşdırma aparıblar.
 

İt damı iki məkandan ibarətdir: istirahət və əyləncə. "Arzular evi"ndə, süni ot örtüyü, trenajor, hidromasaj vannası, qapı zəngi (it hürüşü) də var.

Milli.Az