Qalmaqallı model “Səs Azərbaycan”da - VİDEO

26 Dekabr 2015 12:20

Model Banu Şücai "Səs Azərbaycan" yarışmasına qatılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Banu "Love the way you lie" mahnısı ilə çıxış edib.

Modelin çıxışı yalnız münsiflərdən Mübariz Tağıyevi özünə döndərə bilib. Banu isə Faiq Ağayevin seçmək istədiyini, buna təəssüfləndiyini bildirib.

Qeyd edək ki, "Səs Azərbaycan" musiqi yarışmasının münsif kürsüsündə Faiq Ağayev, Tünzalə Ağayeva, Mübariz Tağıyev və Manana əyləşir.

Xatırladaq ki, Banu Şücai "Miss Globe International" Beynəlxalq gözəllik müsabiqəsinin milli seçim turlarının qalibi olmuşdu. Daha sonra Banu Şücai müsabiqədən kənarlaşdırılmışdı.

Təşkilatçılar isə bildirmişdilər ki, Banu əvvəl "Miss Globe International" gözəllik müsabiqəsinin təşkilatçısı olan "Merac Production" şirkəti və Nigar Məmmədova tərəfindən seçilib. Ona görə o, bu müsabiqədə iştirak edə bilməz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qalmaqallı model