Qvardiola bu səbəbə görə müqaviləsini yeniləməyib

26 Dekabr 2015 08:08

Bir neçə gün əvvəl Xosep Qvardiola mövsümün sonunda "Bavariya" ilə yollarını ayıracağı barədə məlumat verdi. Münhen klubunda işləri qaydasında gedən katalon mütəxəsisin nə səbəbə belə qərara gəlməsi isə çoxlarını maraqlandırır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Bild" nəşri gənc mütəxəsisin klub rəhbərliyi ilə transfer məsələsindəki fikir ayrılığına görə əməkdaşlığa son qoymaq istədiyini yazıb.

Qvardiola ötən yay Mateo Darmian və ya Danilonu heyətə cəlb edib sağ cinahda çıxış edən Filipp Lamı dayaq yarımmüdafiəçisi mövqeyində oynatmağı düşünürmüş. Lakin klubun İdarə heyəti yarımmüdafiənin mərkəzi üçün "Juventus"dan Arturo Vidalı transfer etməklə Pepin arzusunu "gözündə qoyub". Ötən il Toni Kroosun "Real"a göndərilməsi də Qvardiolanı razı salmayıb.

Milli.Az