Manatın devalvasiyası Gənclər və İdman Nazirliyinin fəaliyyətinə heç bir təsir göstərməyib.
Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
A.Rəhimov bildirib ki, nazirlik xaricdən heç bir mal idxal etmir və satmır: "Buna görə də inanmıram ki, hansısa tədbirin keçirilməsi ilə əlaqədar qiymət artımı ilə rastlaşaq".
Nazir əlavə edib ki, bütün tədbirlər üçün büdcə nəzərdə tutulub və həyata keçiriləcək.
Milli.Az